TRACECA-nın Azərbaycan hissəsində 37,8 milyon tondan çox yük daşınıb
Bakı, 28 noyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 milyon 829,6 min ton, yük dövriyyəsi isə 9 milyard 435,5 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 20 milyon 376,1 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 12 milyon 435,7 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 17,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 faizini və ya 10 milyon 352,5 min tonunu tranzit yüklər təşkil edib.
Bakı metrosunun “B-04” stansiyasının elektrik təchizatı sistemi təsdiqlənib
Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq
Növbəti yeni qatar xəttə verilib
Qazaxıstan dənizdə axtarış-xilasetmə tədbirləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək istəyir