Ötən həftə yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən noyabrın 22-28-də həyata keçirilən yol infrastrukturunun bərpası ilə əlaqədar məlumat açıqlanıb.
AZƏRTAC agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, həmin dövrdə Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb, Xətai rayonunda Cavanşir küçəsi və Nizami rayonunda Tofiq Abbasov küçəsi təmir edilib.
Bundan başqa, H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır, həmçinin “Baksol yolu”nun 1100 metrlik hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 59,5 faizi sənaye və tikinti sahələrinə sərf olunub