×
A
A
A
Sazlamalar

Bakıda Turizm Sammiti keçiriləcək

Bakı, 28 noyabr, AZƏRTAC

Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti-2022” tədbiri keçiriləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.
Bakı Konqres Mərkəzində reallaşacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.
Tədbirdə iştirak etmək üçün dekabrın 4-də saat18:00-dək https://bit.ly/3GNPmsb linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Turizm 2022-11-28 17:10:00