Noyabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 921 min 387, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 537, ikinci mərhələ üzrə 4 milyon 873 min 784, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 214, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 852-dir.
Yanvarın 31-də Azərbaycanda COVID-19 əleyhinə 444 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 35 yoluxma faktı qeydə alınıb
TƏBİB-in nümayəndə heyəti “ArabHealth 2023” sərgisində iştirak edir
Fərqli görünmək üçün kosmetik kontakt linzalardan istifadə məsləhət görülmür