×
A
A
A
Sazlamalar

“Neft hasilatı və nəqli ilə əlaqədar Xəzər dənizinin ekologiyası” mövzusunda seminar keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun gigiyena kafedrasında “Neft hasilatı və nəqli ilə əlaqədar Xəzər dənizinin ekologiyası” mövzusunda seminar keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kafedra müdiri, dosent M.T.Meybəliyevin rəhbərliyi ilə baş müəllim, tibb üzrə fəlsəfə doktoru N.C.İsmayılovanın apardığı seminar zamanı təqdimatlar dinlənilib və videoçarxlar nümayiş olunub.
Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, ətraf mühitin zəhərli texnogen tullantılarla çirklənməsi sırasında dənizlərin və okeanların neft və neft məhsulları ilə çirklənməsi problemi daha ciddi xarakter daşıyır. Qeyd olunub ki, Xəzər dənizindən təbii sərvətlərin çıxarılması zamanı, eləcə də neft hasilatı ilə məşğul olan müəssisələr ətraf mühitin qorunması qayğısına qalmalıdır.
Seminar zamanı aktual problemin həlli yolları araşdırılıb, bu sahədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib.

Ekologiya 2022-11-28 15:23:00