×
A
A
A
Sazlamalar

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 248 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 321 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Cəmiyyət 2022-11-28 13:17:00