Dəniz limanlarında 9,7 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında dəniz limanlarında 9 milyon 717,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 8 milyon 966,4 min tonunu və ya 92,3 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 335 min ton olub.
On ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 24,6 faiz artaraq 17,7 min nəfər təşkil edib.
Qazaxıstan dənizdə axtarış-xilasetmə tədbirləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək istəyir
Soçiyə aviabiletlərin satışına başlanılıb
AZAL Vyanaya uçuşlar yerinə yetirməyə başlayır