×
A
A
A
Sazlamalar

Azərbaycan XİN Milli Günü münasibətilə Albaniyanı təbrik edib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Milli Günü münasibətilə Albaniyanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.
“Milli Gün münasibətilə Albaniya hökuməti və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Milli Günün mübarək, Albaniya! Əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik”, - deyə paylaşımda bildirilib.

Siyasət 2022-11-28 12:58:00