Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr daha da inkişaf edəcək
Qahirə, 28 noyabr, AZƏRTAC
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizə ünvanlanmış məktubunu krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullaha təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin məktubunda iki dost ölkə və xalq arasında əlaqələrin möhkəmlənməsi, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına əminlik ifadə olunub.
Sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri və Azərbaycanın səfiri iki dost ölkə arasında ikitərəfli əlaqələr və onların müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi yollarını müzakirə edib, ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib
Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək