×
A
A
A
Sazlamalar

Sumqayıtda şagirdlər narkomaniyanın fəsadları ilə bağlı maarifləndiriliblər

Bakı, 28 noyabr, AZƏRTAC

Qubadlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən rayonun Mahruzlu kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çıxış edən polis əməkdaşları belə tədbirlərin əhəmiyyətindən söz açıb, məktəblilərə narkotiklərdən uzaq durmağı, vətənpərvərlik ruhunda böyümələri və layiqli vətəndaş olmaları üçün dəyərli tövsiyələr veriblər.
Qeyd olunub ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalı, gənclərimiz yüksək təhsil almalı cəmiyyətimiz üçün sağlam fərdə çevrilməlidirlər.
Sonda maraq doğuran suallar cavablandırılıb.

Cəmiyyət 2022-11-28 12:45:00