×
A
A
A
Sazlamalar

Bakıda avtomobil piyadanı vurub

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 26-da saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ordubad rayon sakini Fuad Əliyevi vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Cəmiyyət 2022-11-28 12:29:00