×
A
A
A
Sazlamalar

Mərakeş Krallığında X Qlobal Bakı Forumuna hazırlıq məqsədilə təşkilat komitəsinin iclası keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Mərakeş Krallığında 2023-cü ildə keçiriləcək X Qlobal Bakı Forumuna hazırlıq məqsədilə təşkilat komitəsinin II iclası keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təşkilat Komitəsinin toplantısında Latviyanın sabiq prezidentləri Vayra Vike-Freiyberqa və Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, BMT Baş Assambleyasının 73 və 75-ci prezidentləri Maria Fernanda Espinoza və Bolkan Bozkır, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Gürcüstanın sabiq Prezidenti Giorgi Margvelaşvili, Ərəb Liqasının sabiq Baş Katibi Amre Musa, İsrailin sabiq Baş nazir müavini Tzipi Livni, Çex Respublikasının sabiq Baş naziri Yan Fişer, ICESCO-nun sabiq direktoru Abdulaziz Altvaijri, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, Mərkəzin Baş katibi Rövşən Muradov və Baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.
2023-cü ildə keçiriləcək X Qlobal Bakı Forumunda dünyanı narahat edən sülh və təhlükəsizlik, enerji, səhiyyə, Azərbaycanın Şərq və Qərb arasında artan strateji əhəmiyyəti, Avropa Birliyi, Afrika və Mərkəzi Asiya ölkələrinin gələcəyi, artmaqda olan konfliktlər, BMT-nin səmərəliliyinin artırılması kimi məsələlər müzakirə ediləcək.
X Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin III toplantısı geniş tərkibdə cari ilin dekabrında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.

 

Cəmiyyət 2022-11-28 11:47:00