×
A
A
A
Sazlamalar

Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınağında uğurla iştirak edib

Bakı, 28 noyabr, AZƏRTAC

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan səriştəlilik sınaqlarının iştirakçısı olub. Laboratoriya həmin sınaqlarda “Eschericia coli”, “Thermotolerant coliforms” və “Coagulase-positive staphylococci” parametrləri üzrə uğurlu nəticələr qazanıb.
Kompleks Tədqiqatlar Laboratoriyası mütəmadi olaraq müxtəlif şirkətlər tərəfindən təşkil edilən beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edir. Laboratoriyada baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin, eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır.

Sosial 2022-11-28 11:48:00