×
A
A
A
Sazlamalar

Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim rezidentlər üçün seminar keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim rezidentlərin elmi fəaliyyətinə dəstək məqsədilə seminar keçirilib.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, seminarda institut direktorunun elmi işlər üzrə müavini, dosent Nailə Rəhimova, dosent Sevinc Nəsirova, həkim əməkdaşlar və rezidentlər iştirak edib.
Pediatr Raminə Rzayeva və həkim-rezident Mehriban Abdullayeva “Uşaqlarda infeksiya” mövzusunda məqalə araşdırmasını iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki, uşaqlarda böyrək infeksiyası tənəffüs yolu infeksiyalarından sonra ikinci ən çox rastlanan infeksiya növüdür. Hər yaşda görülə bilər, xüsusilə həyatın ilk bir ili, bu infeksiyalar böyrəklərdə qalıcı zədələnmələrə səbəb ola biləciyindən bu yaş ən riskli dövr təşkil edir. Böyrəklərin zədələnməsi isə gələcəkdə yüksək qan təzyiqi və xroniki böyrək çatışmazlığı problemləri yarada bilər.
Sonda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Səhiyyə 2022-11-28 11:23:00