Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
Bakı, 28 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında ölkədə 1634 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 264 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 441,2 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz, maşın və avadanlıqların istehsalı 45 faiz artıb.
Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq
Növbəti yeni qatar xəttə verilib
Qazaxıstan dənizdə axtarış-xilasetmə tədbirləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək istəyir