×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı araşdırma aparılır.
“Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”, - məlumatda qeyd olunub.

 

Ordu 2022-11-28 10:59:00