Paytaxtımızda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüşə “Azneft” dairəsindən start verilib.
Yürüşə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.
FHN: Gəncədə zəlzələ olması ilə bağlı bəzi KİV-də yayılmış xəbərlər həqiqətə uyğun deyil
Naxçıvanda mal əti adı altında at əti satanlar saxlanılıb
Ədliyyə naziri: İrandakı səfirliyimizə hücum beynəlxalq hüquq normaları baxımından qəbuledilməzdir
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi İrandakı səfirliyimizə edilən hücumu qətiyyətlə pisləyib