Faktiki hava: Şahdağa qar yağıb
Bakı, 27 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 10, Şahbuz, Ağdərədə 9, Qaxda 8, Şəmkirdə 6, Şərurda 5, Zaqatala, Naxçıvan, Culfada 4, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3 millimetrədək olub.
Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
Abşeron Milli Parkının 18-ci ili
Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 178 mindən çox ağac əkilib