Sumqayıtda hərbi sursat aşkarlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar olunmuş sursatın iki ədəd BR-281 zirehdələn-izlikli tank mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan 13 nəfər saxlanılıb VİDEO
DİN: Ölkə ərazisində qeydə alınan 63 cinayətin üstü açılıb
Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib
DİN: Ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
Sahil qəsəbə sakininə xuliqanlıq zəminində xəsarət yetirən şəxs saxlanılıb