Ədalət Turan: TADEF-in əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirməkdir VİDEO
İstanbul, 27 noyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) gələcək planlarla bağlı qarşısına qoyduğu məsələlərdən biri federasiyaya daxil olan dərnəklərin sayını artırmaqdır. Həmçinin əsas məqsədimiz Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirmək, gələcəkdə ölkələrimizin səsini dünyada daha da çox eşitdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan mediasına müsahibəsində TADEF-in sədri Ədalət Turan bildirib.
Federasiyanın rəhbəri Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlılara verilən dəstəyin artırılması məsələsinin gələcək üçün alınan qərarlar arasında olduğunu deyib.
Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən 23 dərnəyi özündə birləşdirən TADEF-in İstanbulda baş tutan VI Qurultayında keçirilən səsvermə ilə federasiyanın yeni İdarə Heyəti müəyyən olunub. Ədalət Turan növbəti dəfə federasiyanın sədri seçilib.
Azərbaycan Gənclər Gününə həsr olunmuş Debat Raundu keçirilib
Numan Kurtulmuş: AK Parti ilə YAP arasında əlaqələr gündən-günə inkişaf edir
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cərimələr və cinayət məsuliyyəti müəyyənləşib
Şahin Rəhmanlı: Gənclərimiz bu gün yeni ideyaları mənimsəməklə tərəqqiyə can atan nəsildir
Türkiyə Prezidenti YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib