Gənclər Təşkilatlarının V Konqresi keçiriləcək
Bakı, 27 noyabr, AZƏRTAC
Dekabrın 8-dən 10-dək Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi təşkil olunacaq.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, konqres nazirliyin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Artıq 5-ci dəfə təşkil olunan konqres gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarə edilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etmək məqsədi ilə təşkil olunacaq.
Konqresdə iştirak etmək üçün https://forms.gle/4BBuK39auSEx9Xqm7 linki vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Qeyd olunub ki, konqresdə ancaq gənclər təşkilatlarının rəhbərləri iştirak edə bilərlər.
Azərbaycan Gənclər Gününə həsr olunmuş Debat Raundu keçirilib
Numan Kurtulmuş: AK Parti ilə YAP arasında əlaqələr gündən-günə inkişaf edir
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cərimələr və cinayət məsuliyyəti müəyyənləşib
Şahin Rəhmanlı: Gənclərimiz bu gün yeni ideyaları mənimsəməklə tərəqqiyə can atan nəsildir
Türkiyə Prezidenti YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib