×
A
A
A
Sazlamalar

Gəncə regional miqrasiya idarəsi maarifləndirmə tədbiri keçirib

Bakı, 26 noyabr, AZƏRTAC

Gəncə regional miqrasiya idarəsi “Əcnəbi tələbələrin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etmələri və miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət” mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetində maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə DMX-nin fəaliyyət istiqamətləri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları barədə məlumat verilib, həmçinin elektron qeydiyyat proseduru izah olunub.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda səyyar xidmət təşkil olunub. Dörd nəfərin sənədləri müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə qəbul olunub, ikisinə müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədi ilə sənəd siyahısı təqdim edilib.

Cəmiyyət 2022-11-26 19:09:00