Xəzər rayonundakı idman arenasında Yevlax sakinini öldürən şəxs saxlanılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsindəki idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
DİN: Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb VİDEO
DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb
Gömrükçülər külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar