×
A
A
A
Sazlamalar

Gənclər və idman naziri Dünya Robot Olimpiadasında bürünc medal qazanan idmançılarla görüşüb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanın gənclər və idman naziri Nazir Fərid Qayıbov Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında “Future İnnovators: Senior” kateqoriyasında bürünc medal qazanan “Platon Tech” komandasının üzvləri Rüfət Şıxıyev, Fərid Şıxıyev, Qabil Hüseynli və robototexnika üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəhman Rəsulzadə ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir bu sahədə ilkə imza atan gəncləri qazandıqları uğur münasibətilə təbrik edib.
Sonra robototexnikanın Gənclər evlərində inkişaf etdirilməsi və texnoloji sahədə gənclərin fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı qaliblərlə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Platon tech” komandası Sabunçu Gənclər Evinin komandasıdır.
Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və sektor müdiri Kənan Kərimov iştirak ediblər.

Cəmiyyət 2022-11-26 17:54:00