Xalid Teymur Əkrəm: Ağdama hər səfərimdə erməni vandallığından dəhşətə gəlirəm
Ağdam, 26 noyabr, AZƏRTAC
Bu mənim Ağdama ikinci səfərimdir. Hər iki gəlişimdə erməni vandallığını görərək dəhşətə gəlmişəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib. O bildirib ki, Azərbaycan azad edilmiş torpaqlarda çox sürətlə bərpa işləri həyata keçirir: “Burada bərpa işləri sürətlə davam edir. Pakistan Azərbaycanın hər zaman haqlı mövqeyini dəstəkləyib və Ermənistanı dövlət kimi tanımayıb. Mən ümid edirəm ki, ölkənizin yenidənqurma işləri tezliklə yekunlaşacaq və regionda sülh tezliklə bərqərar olacaq”.
Macarıstan telekanalında Azərbaycanın Avropanın enerji sistemində rolundan danışılıb
Səfir: Laçın yolunda ermənilərin iddia etdiyinin əksinə olaraq blokada və humanitar böhran yoxdur
Ötən gün Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus neçə avtomobil keçib?