Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Sarov kəndində səyyar qəbul keçirib
Bakı, 26 noyabr, AZƏRTAC
Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Tərtərin Sarov kəndində səyyar qəbulda olub.
AZƏRTAC Tərtər Rayon Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, qəbulun əsas məqsədi rayonun kəndlərində yaşayan əhalinin və şəhid, qazi ailələrinin tibbi xidmətlə daha yüksək səviyyədə təmin olunmasından ibarətdir.
Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlməkdə maddi və fiziki çətinliyi olan xəstələr yerindəcə tibbi müayinə edilərək müalicəyə cəlb olunub.
Qeyd edək ki, həkim briqadasının tərkibində terapevt, pediatr, mama-ginekoloq, laborant və digər ixtisas həkimləri var.
Fevralın 3-də Azərbaycanda COVID-19 əleyhinə 258 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb
Fevralın 2-də Azərbaycanda COVID-19 əleyhinə 193 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 35 yoluxma faktı qeydə alınıb