×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2022-ci il

Sərəncamlar 2022-11-26 16:21:00