Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisi təsis edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Prezident, həmçinin Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı da Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk
Ərdoğan: Türk respublikaları ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdiririk və etdirəcəyik
Ötən gün Laçın-Xankəndi yolundan sülhməramlılara və BQXK-yə məxsus neçə avtomobil keçib?
“İran tərəfindən tələb edilib ki, cinayət şəffaf şəkildə araşdırılsın” - Xələf Xələfov