×
A
A
A
Sazlamalar

“Azəristiliktəchizat” Almaniyanın istilik və isti su təchizatı sahəsində təcrübəsi ilə tanış olub

Bakı, 26 noyabr, AZƏRTAC

“Azəristiliktəchizat” ASC-nin rəhbərliyi Almaniya Energetika Agentliyinin (DENA) dəvəti ilə “Dayanıqlı Şəhərlər: Şəhər ərazilərində Enerji Keçidi üzrə Yaxşı Təcrübələr” mövzusunda Almaniyada təcrübə mübadiləsində iştirak edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun nümayəndəsi Almaniya Energetika Agentliyinin Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Tikinti şöbələrinin rəhbərləri ilə müzakirələrə qatılıb, Berlin şəhərinin istilik və isti su təchizatı sahəsində əməliyyat və maliyyə modelləri, həmçinin alternativ enerji mənbələrinin istilik enerjisi mənbəsi kimi istifadə imkanları ilə əyani tanış olub.
Bu çərçivədə EUREF Kampusu ziyarət edilib, alternativ enerji və istilik enerjisi sahəsində ən son texnologiyaların tətbiqi ilə tanışlıq baş tutub. “Azəristiliktəchizat” rəhbərliyi “DENA 2022 Enerji Keçid Konqresi”nin sessita və seminarlarında da iştirak edib, aidiyyəti şirkətlər ilə əlaqələr yaradılıb. Şirkət rəhbərliyi, həmçinin Berlin Enerji Agentliyinin Berlin Şəhərinin İqlim Dəyişikliklərinin Qarşısının Alınması üzrə Fəaliyyətləri barədə iclasda da iştirak edib.
Görüş və müzakirələrdə Azərbaycanın istilik təchizat modeli və inkişaf perspektivləri barədə məlumat mübadiləsi aparılıb.

İqtisadiyyat 2022-11-26 16:12:00