Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüblər
Bakı, 26 noyabr, AZƏRTAC
Suriya və İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə repatriasiyası istiqamətində dövlət tərəfindən zəruri tədbirlər davam etdirilir. Müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə 13-ü uşaq, 3-ü qadın olmaqla Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər.
Qazaxda bərpa olunmuş kəhrizlə 480 nəfər içməli su ilə təmin ediləcək
Dövlət Komitəsi: Bu il Laçın, Şuşa və Zəngilan sakinləri doğma yurda qayıtmalıdırlar
“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası hazırlanıb VİDEO
ASAP tərəfindən Gənclər Günü xarici ölkələrdə silsilə tədbirlərlə qeyd edilib