×
A
A
A
Sazlamalar

Mərdəkanda keçirilən “Bir ağac - min nəfəs” aksiyası zamanı 805 litr plastik tullantı təhvil götürülüb

Bakı, 26 noyabr, AZƏRTAC

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac - min nəfəs” aksiyası bu dəfə Mərdəkanda keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, ETSN, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlardan ümumi tutumu 805 litr olan plastik, 8 litr olan şüşə butulka və 68 ədəd işlənmiş batareya təhvil götürülüb və əvəzində onlara ağac tingləri paylanılıb. Qeyd olunub ki, növbəti aksiya bu gün saat 16:00-da Əhmədli qəsəbəsində “Bravo” hipermarketin qarşısında keçiriləcək.

 

 

 

Ekologiya 2022-11-26 14:44:00