×
A
A
A
Sazlamalar

Mərkəzi Bankda 74 valyuta hərracı keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilib.
AZƏRTAC Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 74 valyuta hərracı keçirilib. Hərraclarda ARDNF-in 3 milyard 857,7 milyon ABŞ dolları məbləğində vəsaiti satılıb. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 835,2 milyon ABŞ dolları təşkil edib.

Maliyyə 2022-11-26 12:08:00