×
A
A
A
Sazlamalar

Yardımlıda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş təşkil olunub

Yardımlı, 26 noyabr, İlkin Adıyev, AZƏRTAC

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çayüzü kənd tam orta məktəbində “Narkomaniyasız gələcək!” mövzusunda maarifləndirici görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən videoçarxı izləyiblər.
Çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib.
Sonra Rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və digər qurumların əməkdaşları erkən nikah və dini radikalizmin mənfi təsirləri və nəticələri barədə məktəblilərə məlumat veriblər. Onları zərərli vərdişlərdən uzaq olmağa, təhsilə və sağlam həyat tərzinə daha həvəslə yanaşmağa çağırıblar.

Regionlar 2022-11-26 12:01:00