DİN: Ötən gün ərzində cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
DİN: Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb VİDEO
DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb
Gömrükçülər külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar