FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla, 6 nəfər xilas edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib. Həmçinin, Samux rayonunun Çobanabdallı kəndində 1 nəfərin meyiti dərinliyi təqribən 2 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası hazırlanıb VİDEO
ASAP tərəfindən Gənclər Günü xarici ölkələrdə silsilə tədbirlərlə qeyd edilib
Narkotik dövriyyəsi ilə məşğul olan kuryer şirkətinin əməkdaşları saxlanılıblar VİDEO