Zakir Həsənov türkiyəli həmkarlarına başsağlığı verib
Bakı, 26 noyabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a daxil olan məlumata görə, başsağlığında deyilir: "Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirir.
Sizin acınız bizim də acımızdır.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb