×
A
A
A
Sazlamalar

“Azəriqaz” Novxanı qəsəbəsindəki sahibkarlarla görüş keçirib

Bakı, 25 noyabr, AZƏRTAC

Vətəndaşların xidmətində durmaq bizim vəzifə borcumuzdur. Bu gün də “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyasına qatılan şəxslərdən qaz təchizatında üzləşdiyi problemləri səsləndirməyi xahiş edirəm.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın şöbə rəisi Rövşən Məhyəddinov səyyar qəbul otağında çıxışı zamanı deyib. Qurum rəsmisi aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb. “Açıq mikrofon” aksiyasında iştirak edən KOBİA nümayəndəsi Elmar Rzayev Novxanıda fəaliyyət göstərən sahibkarlara hər zaman üzləşdikləri problemlərin həlli istiqamətində yardım etməyə hazır olduqlarını qeyd edib və “Azəriqaz”ın KOBİA ilə birgə həyata keçirdiyi aksiyaları yüksək qiymətləndirib.
Mikrofon önünə keçən sahibkarlar eyni müraciətlə çıxış ediblər: “Xahiş edirik dövlət yoxlanmasına aparılan sayğacların rəyini tezliklə bizə təqdim edəsiniz”.
Sahibkarlarla yanaşı, sakinlər də mikrofon önünə keçərək müraciətlərini ünvanlayıblar.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

 

İqtisadiyyat 2022-11-25 17:32:00