×
A
A
A
Sazlamalar

Qara metallar və onlardan hazırlanan məmulatların idxalı artıb

Bakı, 25 noyabr, AZƏRTAC

On ayda 585 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 830 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 695,3 milyon dollar olmaqla 446,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

İqtisadiyyat 2022-11-25 17:10:00