Hacıqabul Sənaye Məhəlləsində rezidentlərin sayı artıb
Bakı, 25 noyabr, AZƏRTAC
Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə (“Absheron Trending” MMC, “AR Metiz” MMC və “LV Shipping Caspian” MMC) 115 iş yeri yaradılacaq.
Qarabağda İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub
Logistika sahəsində KOB-ların fəaliyyəti müzakirə edilib
MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək