Yanvar-oktyabr aylarında dəmir yolu ilə 5,7 milyon ton yük daşınıb
Bakı, 25 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 763,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 3 milyard 148,9 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 292,9 min ton yükün dəyəri 946,5 milyon dollar təşkil edib.
On ayda bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 470,4 min ton, dəyəri isə 2 milyard 202,3 milyon dollar olub.
Xarici sularda üzən dənizçilərimiz Türkiyəyə dəstək nümayiş etdiriblər
ASCO hava şəraiti ilə əlaqədar Xəzər dənizindəki gəmilərinə xəbərdarlıq edib
Bakı metrosunun “B-04” stansiyasının elektrik təchizatı sistemi təsdiqlənib
Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq