×
A
A
A
Sazlamalar

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əks edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.
Sənəd səsə qoyularaq təsdiqlənib.

 

Siyasət 2022-11-25 16:05:00