×
A
A
A
Sazlamalar

Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 4 faizədək artıb

Naxçıvan, 25 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında 475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 23122 ton, süd istehsalı 81908 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

Kənd təsərrüfatı 2022-11-25 16:01:00