Plastmas və onlardan hazırlanan məmulatların idxalı artıb
Bakı, 25 noyabr, AZƏRTAC
Cari ilin on ayında 178,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 390,7 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 307,6 milyon dollar olmaqla 146,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
Qarabağda İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub
Logistika sahəsində KOB-ların fəaliyyəti müzakirə edilib
MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək