Yakub Yakobovski: Bugünkü konfransı, xüsusilə Prezident İlham Əliyevlə fikir mübadiləsini çox yüksək qiymətləndirirəm
Bakı, 25 noyabr, AZƏRTAC
“Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans gələcəkdə regionun sülh gündəmi üçün çox vacibdir. Ona görə də mən bugünkü konfransı, xüsusilə Prezident İlham Əliyevlə fikir mübadiləsini çox yüksək qiymətləndirirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Çin Proqramının baş elmi işçisi Yakub Yakobovski söyləyib.
Onun sözlərinə görə, bir sıra geosiyasi hadisələrin baş verdiyi dövrdə ən vacib məsələ nəqliyyat əlaqələridir.
“Şübhəsiz ki, Azərbaycanın Avrasiya nəqliyyat şəbəkəsindəki mövqeyi artır və Orta Dəhliz potensial olaraq mövcud ticarət yollarından biri kimi xidmət edə bilər. Ona görə də hesab edirəm ki, burada böyük potensial var”, - deyə Yakub Yakobovski vurğulayıb.
Macarıstan telekanalında Azərbaycanın Avropanın enerji sistemində rolundan danışılıb
Səfir: Laçın yolunda ermənilərin iddia etdiyinin əksinə olaraq blokada və humanitar böhran yoxdur
Ötən gün Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus neçə avtomobil keçib?