×
A
A
A
Sazlamalar

“Kral qadın” “CinemaPlus” kinoteatrlar şəbəkəsində

Bakı, 25 noyabr, AZƏRTAC

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Kral qadın” filmi nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, döyüş, dram və tarix janrında çəkilən filmin rejissoru Jina Prins-Baytvuddur.
Film 1800-cü illərdə Afrikanın Dahomey krallığını müdafiə edən qadın döyüşçü dəstəsi "Agoci"nin hekayəsindən bəhs edir.
Rollarda Viola Devis, Tuso Mbedu, Laşana Linç və başqaları çəkilib.

 

Teatr və kino 2022-11-25 15:17:00