×
A
A
A
Sazlamalar

Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Aşkarlanan faktlarla bağlı rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam edir.

Hadisə 2022-11-25 14:50:00

Video