×
A
A
A
Sazlamalar

“Nağdsız hesablaşmalar haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik ikinci oxunuşda təsdiqlənib

Bakı, 25 noyabr, AZƏRTAC

“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanuna edilən dəyişikliklər nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilir. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

İqtisadiyyat 2022-11-25 14:28:00