Binəqədi rayonunda üç avtomobillin toqquşması nəticəsində bir nəfər ölüb, iki sərnişin xəsarət alıb
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsində Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi “VAZ-21015”, K.Bağırovun sürdüyü “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində V.Qəhrəmanov hadisə yerində ölüb, xəsarət alan iki sərnişini isə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
Binəqədidə narkotik satan şəxslər İrandakı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər VİDEO
İran vətəndaşından 6 kiloqramdan çox narkotik vasitə alan şəxs saxlanılıb VİDEO