×
A
A
A
Sazlamalar

Mətyu Brayzə: Enerji təhlükəsizliyi və Qarabağda görülən işlər Azərbaycanın sülh gündəliyindəki xüsusi məqamlardır

Bakı, 25 noyabr, AZƏRTAC

Yenidən Azərbaycanda olmaq, Prezident İlham Əliyevlə birlikdə beynəlxalq konfransda iştirak etmək, fikir mübadiləsi aparmaq çox gözəldir. Enerji təhlükəsizliyi və Qarabağda görülən işlər Azərbaycanın və Prezident İlham Əliyevin sülh gündəliyindəki xüsusi məqamlardır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə söyləyib.
“Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığının şahidi olmuşam. Bu, Azərbaycan üçün möhtəşəm dövrdür. Burada olduğum üçün həqiqətən də xoşbəxtəm”, - deyə sabiq səfir qeyd edib.

Siyasət 2022-11-25 12:38:00