DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
Binəqədidə narkotik satan şəxslər İrandakı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər VİDEO
İran vətəndaşından 6 kiloqramdan çox narkotik vasitə alan şəxs saxlanılıb VİDEO